Zəlzələdən əziyyət çəkən ailələr üçün çadırlar quraşdırılır

7 Fevral 2023 01:16 (UTC+04:00)

Kahramanmaraşda güclü zəlzələdən əziyyət çəkən ailələr üçün çadırların quraşdırılmasına başlanılıb. SİA Anadolu agentliyinə istinadla xəbər verir ki, əsgərlər tərəfindən cəmi 4899 çadırın quraşdırılacağı nəzərdə tutulur.

Zəlzələdən ən çox zərər çəkən şəhərlərdən biri olan Malatyada vətəndaşlar burada yerləşən Mərkəzi İdman Salonunda gecələyəcəklər.