Türkiyə və ya Macarıstan yalnız alyansa qoşulmaq üçün ərizəsini ratifikasiya edərsə, Finlandiya İsveç olmadan NATO-ya üzv olmağa hazırdır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri yerli “İltalehti” nəşri yayıb.
Nəşrin yazdığına görə, ötən həftə bu məsələ Finlandiyanın aparıcı siyasətçiləri arasında müzakirə olunub. “Biz faktlarla üzləşməliyik: biz Rusiya ilə sərhəd qonşuyuq. İsveçdəki geosiyasi vəziyyət bizimkindən tamamilə fərqlidir”-deyən mənbənin sözlərinə görə, Finlandiya Miladdan əvvəl Türkiyə ilə razılığa gəlməli idi.
Yeri gəlmişkən ötən həftə Finlandiyanın baş naziri Sanna Marin Stokholma səfəri zamanı Finlandiyanın İsveçlə birlikdə NATO-ya üzv olmaq niyyətində olduğunu təsdiqləyib.
Eyni zamanda, həmin gün respublikada ictimai rəy sorğusunun nəticələri dərc olunub ki, bu rəy sorğusuna görə finlərin 53 faizi İsveçsiz NATO-ya daxil olmağa hazır olduqlarını bildiriblər.
Ağasəf Babayev