"Mançester Siti"dən bəyanat

6 Fevral 2023 19:08 (UTC+04:00)

"Mançester Siti" İngiltərə Premyer Liqasının çoxsaylı maliyyə feyr-pley qaydalarını pozduğuna dair yayılan iddialarla bağlı bəyanat yayıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, bəyanatda bildirilir: "Mançester Siti" Premyer Liqanın qaydalarının pozulması ilə bağlı bu iddiaların yayılmasından təəccüblənir. Klub mövqeyimizi dəstəkləyən çoxlu təkzibedilməz sübutların qərəzsiz şəkildə araşdırılması məqsədi ilə müstəqil komissiya tərəfindən bu məsələyə baxılmasını alqışlayır. Buna görə də ümid edirik ki, bu məsələ birdəfəlik bağlanacaq”.