Qazaxıstanda da zəlzələ baş verib

6 Fevral 2023 18:26 (UTC+04:00)

Qazaxıstanda 5,4 bal gücündə zəlzələ baş verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Sputnik Qazaxıstan” Telegram kanalı məlumat yayıb.

Bildirilir ki, zəlzələnin episentri Qazaxıstanın cənubunda, Çimkənd və Türküstan arasında yerləşir. Yeraltı təkanlar Çimkənd və Tarazda 2-3 bal gücündə hiss olunub.

Nazlı