“Vaqner” PMC bu ölkələri qeyri-qanuni və terrorçu kimi tanıyıb

6 Fevral 2023 17:54 (UTC+04:00)

"Vaqner” PMC-nin Komandirlər Şurası ABŞ, Kanada və Böyük Britaniyanın hakimiyyət orqanlarını qeyri-qanuni və baş terrorçular kimi tanıyıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu rusiyalı biznesmen və özəl hərbi şirkətin təsisçisi Yevgeni Priqojin bildirib.

Onun sözlərinə görə, ABŞ, Kanada və Böyük Britaniyanın siyasəti dinc əhaliyə zülm etmək üçün terror təşkilatlarından istifadəni nəzərdə tutur.

Priqojinin fikrincə, Amerika və Britaniya siyasəti hərbi, iqtisadi, bioloji, informasiya, telekommunikasiya, humanitar sahələrdə terror təşkilatları, eləcə də terror üsullarının yaradılması və istifadəsinə əsaslanır. Bundan əlavə, ABŞ, Kanada və Böyük Britaniyanın hakimiyyət orqanları da xüsusilə xristianlara və müsəlmanlara qarşı konfessional terrordan istifadə edirlər.

Məhz buna görə də, “Vaqner” PMC-nin Komandirlər Şurası yuxarıda göstərilən ölkələrin hakimiyyətini qeyri-qanuni və baş terrorçu kimi tanımaq qərarına gəlib.

“ABŞ, Böyük Britaniya və Kanada hökumətləri super-terrorçu və qeyri-qanuni olaraq tanınır”.

Bunu da vaqnerçilər iddia edirlər.

Ağasəf Babayev