"120-yə yaxın ölkə terror aktını pisləyib" - AYXAN HACIZADƏ

6 Fevral 2023 15:54 (UTC+04:00)

"Biz indiki halda baş verənlərlə bağlı İran İslam Respublikasından rəsmi cavab gözləyirik. Lakin çox təəssüflər olsun ki, hadisənin baş verdiyi zamandan 10 gün keçib. Lakin hələ də İran tərəfindən rəsmi məlumat verilmir. Səfirliyimizin təhlükəsizliyinin təmin edilməsi baxımından tədbirlər görülür. İran bu təhlükəsizliyin təmin edilməsi baxımından müəyyən öhdəliklərə sahibdir. 120-yə yaxın ölkə terror hadisəsi ilə bağlı bəyanat verərək, bu aktı həyata keçirənləri pisləyiblər".