"İran tərəfi hələ də bizə rəsmi məlumat verməyib" - QURUM RƏSMİSİ AÇIQLADI

6 Fevral 2023 15:45 (UTC+04:00)

"Terror aktı əvvəlcədən planlaşdırılmış və həyata keçirilmişdir". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuatla əlaqələr şöbəsinin rəhbəri Ayxan Hacızadə Azərbaycan Respublikasının İran İslam Respublikasındakə səfirliyinə qarşı törədilmiş terror aktının təfərratları barədə danışarkən bildirib.

Onun sözlərinə görə, bu hadisəni həyata keçirən şəxs mütləq şəkildə cəzalandırılmalıdır: "Lakin İran tərəfi bununla əlaqədar olaraq bizə rəsmi bir məlumat verməyib. Terror aktını törədən şəxsin həyat yoldaşının azərbaycanlı olduğu iddia edilə bilər. Lakin bununla əlaqədar olaraq heç bir fakt müşahidə olunmayıb. Kadrlardan da gördüyünüz kimi polis hadisə ilə bağlı heç bir reaksiya vermir".