"Cari ilin 27 yanvar tarixində Azərbaycan Respublikasının İran İslam Respiblikasındakı səfirliyinə qarşı terror həyata keçirilmişdir". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuatla əlaqələr şöbəsinin rəhbəri Ayxan Hacızadə Azərbaycan Respublikasının İran İslam Respublikasındakə səfirliyinə qarşı törədilmiş terror aktının təfərratları barədə danışarkən bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində 2 nəfər yaralanıb, 1 nəfərimiz isə həyatını itirərək, şəhid olub. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyibə qarşı törədilmiş terror aktının görüntüləri səfirliyin kameraları tərəfindən qeydə alınıb. Baş verən bütün proseslər bu görüntülər vasitəsilə anbaan izlənilib.