"Real Madrid" Türkiyədəki zəlzələ ilə bağlı başsağlığı verib

6 Fevral 2023 14:16 (UTC+04:00)

İspaniyanın "Real Madrid" klubu Türkiyə və Suriyada baş vermiş zəlzələdə vəfat edənlərin yaxınlarına başsağlığı verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Klub prezidentinin, İdarə Heyətinin təbii fəlakətlə bağlı narahatlıq və həmrəylik nümayiş etdirdiyi bildirilib.