Türkiyədə daha bir neçə idmançı dağıntılar altında qalıb

6 Fevral 2023 13:25 (UTC+04:00)

Türkiyənin "İskenderunspor" futbol komandasının iki məşqçisi dağıntılar altında qalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 2-ci Liqa təmsilçisinin rəsmi tviter hesabından paylaşım olunub.

Ölkənin tanınmış sərbəst güləşçisi Taha Akgül Kahramanmaraşda 30-40 güləşçinin qaldığı binanın da uçduğunu diqqətə çatdırıb. O, tez bir zamanda yardım gözlədiklərini yazıb. Bundan əlavə, "Hatay" komandasının 14 voleybolçusu da dağıntılar altında qalıb.