Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb

6 Fevral 2023 11:12 (UTC+04:00)

Yeraltı təkanlar nəticəsində ölənlərin sayı 284-ə çatıb. SİA-nın məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib. Onun sözlərinə görə, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.

Qeyd edək ki, bu gün Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Zəlzələ nəticəsində Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində ciddi dağıntılar var.