Daha bir gimnast Macarıstanda medal qazanıb

6 Fevral 2023 10:21 (UTC+04:00)

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının daha bir üzvü Macarıstanda keçirilən "Gracia Fair Cup" beynəlxalq turnirində medal qazanıb. Federasiyadan SİA-ya verilən məlumata görə, Alina Məmmədova çoxnövçülük üzrə 3-cü yeri tutub.

Daha əvvəl Fidan Qurbanlı eyni növdə qızıl medal əldə edib.

Yığmanın digər üzvləri Şəms Ağahüseynova halqa ilə, Leyli Ağazadə isə halqa və top ilə hərəkətlərin icrasında finala yüksəlib.