Meşə yanğınında ölənlərin sayı 23-ə çatdı

6 Fevral 2023 10:07 (UTC+04:00)

Cənubi Amerika ölkəsi Çilinin mərkəzində və cənubunda davam edən meşə yanğınlarında ölənlərin sayı 23-ə yüksəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yaralıların sayının isə 979 olduğu açıqlanıb. Çili səlahiyyətliləri meşə yanğınlarından ən çox zərər çəkən ərazilərin Nubla, Bio-Bio və La Araucania bölgələri olduğunu açıqlayıb.