Yüzlərlə insan Quranın cırılmasına etiraz edib - HAAQADA

6 Fevral 2023 03:10 (UTC+04:00)

Haaqada yüzlərlə insan Quranın cırılmasına qarşı küçələrə çıxıb. SİA-nın xəbərinə görə, bu barədə NOS televiziyası məlumat yayıb.

“Bu gün Haaqada yüzlərlə insan Pegida təşkilatının liderinin Quranı cırmasına etiraz edib” – deyə televiziya bildirib.

Etirazçılar dinc aksiya keçiriblər, heç bir insident qeydə alınmayıb.

Nümayişçilər sülh və ədalət şəhərində - Haaqada müqəddəs kitaba hücumu qəbuledilməz adlandırıblar.