Teymur əminin nəvəsi evlənir - VİDEO

6 Fevral 2023 01:22 (UTC+04:00)

Mərhum Xalq artisti Teymur Mustafayevin nəvəsi evlənir. SİA xəbər verir ki, bu barədə məlumatı Əməkdar artist Mətanət İsgəndərli sosial şəbəkə hesabında paylaşıb.

O, mahnı oxuyaraq Teymur əminin nəvəsini təbrik edib: "Xalqımızın dəyərli sənətkarı, hər zaman pozitivliyi ilə seçilən mərhum sənətkarımız Teymur əminin nəvəsinin toyundan. Allah xoşbəxt eləsin. Əminəm ki, Teymur əminin ruhu şaddır".