52 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

6 Fevral 2023 01:03 (UTC+04:00)

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. SİA-nın Qərb bürosunun məlumatına görə, Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək istəyən piyada 1971-ci il təvəllüdlü Ələkbərov Murad Qurban oğlunu avtomobil vurub.

Piyada ağır xəsarət alıb və xəstəxanaya aparılıb. Lakin tibbi müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.