Zelenski Rusiyaya sanksiya tətbiq etdi

6 Fevral 2023 00:15 (UTC+04:00)

Fevralın 5-də Ukrayna prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyanın nüvə sənayesinə qarşı sanksiyaların tətbiqi barədə qərarını təsdiqləyib. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sanksiyalar "Rosatom", "Atom Enerjisi Sənaye Kompleksi" və digər qurumlara tətbiq edilib.

Qərarda bir sıra Rusiya şirkətlərinə qarşı 50 il müddətinə sanksiyaların tətbiq edilməsi nəzərdə tutulur.

Zelenski sanksiyaların davam edəcəyini bildirib.