Yalın əllə dron vuran rus əsgərləri

6 Fevral 2023 00:01 (UTC+04:00)

Rusiyanın 234-cü Hava Desant Hücum Alayının hərbçiləri Amerikaya məxsus pilotsuz uçuş aparatını ələ keçirə bilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə rusiyalı müxbir Yevgeni Lisitsın öz Telegram kanalında yazıb.

Lisitsınin dediyinə görə, “əsir götürdükləri” Amerikaya məxsus pilotsuz uçuş aparatının texnologiya səviyyəsi hətta böyük təcrübəyə malik dron operatorlarını belə heyrətləndirib. Onun sözlərinə görə, qurğuda gecəgörmə kamerası, partlayıcı əşyaların atılması sistemi, eləcə də digər komponentlər var.

Hərbi komissar pilotsuz uçuş aparatının rus alimləri tərəfindən öyrənilməsi üçün göndəriləcəyini qeyd edib.

Qeyd edək ki, bir müddət bundan əvvəl rus əsgəri qumbaraatanı atmağa cəhd göstərmiş Ukraynaya məxsus pilotsuz təyyarəni yalın əlləri ilə vurduğunu bildirmişdi.

Ağasəf Babayev