Sülhməramlıların 11 avtomobili Xankəndiyə maneəsiz keçib

5 Fevral 2023 18:57 (UTC+04:00)

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Laçından Xankəndi istiqamətinə hərəkət edən Rusiya sülhməramlılarına məxsus səkkiz təminat-təchizat və üç minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

Qeyd edək ki, bununla da bu gün səhərdən indiyədək Laçın-Xankəndi yolunda aksiyanın təşkil olunduğu ərazidən keçən avtomobillərin sayı 47-yə çatıb.

Bu, bir daha onu göstərir ki, ekoloji aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.