Yol qəzasında 5 nəfər xəsarət alıb

5 Fevral 2023 18:52 (UTC+04:00)

Naftalanda yol-nəqliyyat hadisəsi baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Naftalan Şəhər Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb.

Qəza zamanı iki “VAZ" markalı minik avtomobili toqquşub. 1982-ci il təvəllüdlü Günel Mehdiyeva, 1978-ci il təvəllüdlü Səməd Muradov, 1946-cı il təvəllüdlü Nigar İmanova, 1970-ci il təvəllüdlü Gülnarə Nəsibova və 1990-cı il təvəllüdlü Minarə Nəsibova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.