Göyçay çayının sahilində ağacəkmə aksiyası keçirilib

5 Fevral 2023 18:17 (UTC+04:00)

Göyçay rayonunda Göyçay çayının sahilində yeni yaşıllıq sahəsi salınıb.

SİA-nın əldə etdiyi məlumata görə, ağacəkmə aksiyasında rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, könüllülər, rayon sakinləri, KİV nümayəndələri və Qarabağ müharibəsinin qaziləri iştirak ediblər.

Aksiya çərçivəsində 1000 ədəd ağac əkilib.

Qeyd edək ki, ağacəkmə aksiyası rayonun kəndlərində də həyata keçirilib.