Naftalanda ağır avtomobil qəzası olub

5 Fevral 2023 17:10 (UTC+04:00)

Naftalan şəhərində iki avtomobilin toqquşması nəticəsində beş nəfər xəsarət alıb.

SİA-nın məlumatına görə, xəsarət alanlar Günel Mehdiyeva (1982), Səməd Muradov (1978), Nigar İmanova (1946), Gülnar Nəsibova (1970), Minarə Nəsibova (1992) xəstəxanaya çatdırılıb.

Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.