Türkiyə Çiliyə başsağlığı verdi

5 Fevral 2023 13:47 (UTC+04:00)

Türkiyə Çilidəki meşə yanğınlarında həyatını itirənlər üçün başsağlığı verib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir: “Çilidə baş verən meşə yanğınlarında çox sayda insanın həyatını itirməsi və yaralanması xəbərini dərin hüznlə qarşıladıq. Çili xalqına, hökumətinə və yanğınlarda həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralılara tezliklə şəfa diləyirik”.

Qeyd edək ki, Çilidə meşə yanğınları davam edir. Ölkənin müxtəlif yerlərində, xüsusilə Nuble və Biobio bölgələrində insan itkiləri artır. Çili daxili işlər naziri Karolina Toha həyatını itirənlərin sayının 22-yə çatdığını, 16-sı ağır olmaqla 554 nəfərin xəsarət aldığını bildirib. Onun sözlərinə görə, təbii fəlakət zamanı azı 10 nəfər itkin düşüb. K.Toha bildirib ki, 251 aktiv yanğın ocağından 76-sı alovlanıb.