Fotoqraf Vəli Şükürov saxlanılıb

5 Fevral 2023 00:20 (UTC+04:00)

Fotoqraf Vəli Şükürov saxlanılıb. SİA xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, o, 27 saylı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev açıqlamasında fotoqrafın saxlanıldığını təsdiqləyib: "Saxlanılıb. Araşdırma aparılır. Onun saxlanılmasında siyasi motiv yoxdur".