Türkiyəli nazir maraqlı paylaşım edib - VİDEO

5 Fevral 2023 00:16 (UTC+04:00)

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Bakı ilə bağlı maraqlı paylaşım edib. SİA xəbər verir ki, bu barədə videonu “Qardaşlığın enerjisi” adı ilə sosial şəbəkə hesabında paylaşıb.

Fonda Azərbaycan mahnısının yayımlandığı videoçarxda nazirin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsindəki görüşləri əks etdirilib.