Yanacaqdoldurma məntəqəsində partlayış: ölənlər var

4 Fevral 2023 23:07 (UTC+04:00)

Meksikanın Hidalqo ştatında yanacaqdoldurma məntəqəsində avtosisternin partlaması nəticəsində iki nəfər ölüb, on nəfər xəsarət alıb. Bu barədə “El Universal” qəzeti məlumat yayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Hidalqo ştatının qubernatoru Xulio Mençaka tviter səhifəsində həlak olanların yaxınlarına başsağlığı verib. O, hadisə qurbanlarının ailələrinə bütün zəruri yardımların göstərilməsi barədə göstəriş verib. Lakin hökumət orqanları ölən və yaralananların sayını hələ ki rəsmən açıqlamayıb. Məlumata görə, hadisənin səbəbi “insan səhvi” olub.