Azərbaycanlı gənc Beynəlxalq Gənc Aşpazlar Olimpiadasının qalibi olub

4 Fevral 2023 22:08 (UTC+04:00)

Hindistanda Beynəlxalq Hotel İdarəetmə İnstitutunun təşkilatçılığı ilə “Beynəlxalq Gənc Aşpazlar Olimpiadası 2023” (Young Chef Olympiad 2023) başa çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, 55 ölkədən gənc aşpazların iştirak etdiyi müsabiqənin qalibi Azərbaycan təmsilçisi Emil Zeynalzadə olub. Olimpiada iştirakçıları Qoa şəhərində ilk turda mübarizə aparıb. Ən uğurlu 10-luq siyahısına düşən komandalar Kolkata şəhərində final mərhələsində yarışıblar. Gənc aşpaz Emil Zeynalzadə rəqiblərindən üstün olub.