Cüdoçumuz Parisdə fransız idmançını məğlub etdi

4 Fevral 2023 21:26 (UTC+04:00)

Fevralın 4-də Fransanın paytaxtı Paris şəhərində keçirilən “Böyük dəbilqə” turnirinin ilk günündə 60 kiloqram çəki dərəcəsində yarışan Balabəy Ağayev qızıl medal qazanıb.

SİA-nın əldə etdiyi məlumata görə, Balabəy Ağayev final görüşündə Fransa təmsilçisi Sedrik Revolu məğlub edib.