Azərbaycanın haqq işində Türkiyə həmişə onun yanındadır - Şamil Ayrım

4 Fevral 2023 18:37 (UTC+04:00)

Ümid edirik ki, Qərbi Azərbaycan da daxil olmaqla, Azərbaycanın bütün tarixi torpaqları özünə qayıdacaq. Qardaş Azərbaycanın haqq işində Türkiyə həmişə onun yanındadır.
SİA xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım fevralın 4-də Qərbi Azərbaycan İcmasında keçirilən görüş çərçivəsində jurnalistlərə açıqlamasında söyləyib.

Şamil Ayrım bildirib ki, Azərbaycan Qarabağ müharibəsində Zəfər çalaraq regionda yeni reallıq yaradıb və onun nüfuzu getdikcə artır. Vurğulanıb ki, Azərbaycan ilə Ermənistan arasında sülh quruculuğunun yeganə yolu Zəngəzur dəhlizinin açılmasından keçir.