Qatar relsdən çıxaraq yanğına səbəb olub

4 Fevral 2023 17:14 (UTC+04:00)

ABŞ-ın Ohayo ştatının Şərqi Fələstində qatar relsdən çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, vaqonlarda yanğın baş verərkən ərazidən alov və qatı tüstü qalxıb.

Hadisə yerinə yanğınsöndürənlər göndərilib. Ərazidən 2 kilometr məsafədə olan sakinlər evlərindən təxliyə edilib. Pensilvaniya və Qərbi Virciniyadan əlavə yanğınsöndürənlər göndərilib. Qatarın nə daşıdığı və hansı səbəbdən relsdən çıxdığı hələlik məlum deyil.