"Marsa getməkdənsə, peyvənd olunaram" - BİLL QEYTS

4 Fevral 2023 16:04 (UTC+04:00)

Məşhur milyarderlər arasında kosmos yarışı son vaxtlar gündəmdən düşmür. SİA xarici mətbuata istinadən xəbər verir ki, İlon Mask Marsı kolonizasiya etməyi hədəfləyərkən, Amazon qurucusu Ceff Bezos Blue Oriqin adlı şirkəti ilə 2021-ci ildə kosmosa getdi.
Texnologiya milyarderi Bill Qeyts BBC-yə verdiyi müsahibədə Marsa getməkdənsə qızılca peyvəndi etdirməyə üstünlük verəcəyini bildirib.

Bill Qeyts müsahibəsində aşağıdakı ifadələrdən istifadə edib:

"Marsa getmək əslində çox baha başa gəlir. Əvəzində adambaşı 1000 dollara qızılcaya qarşı peyvənd etdirə və həyat xilas edə bilərsiniz. Bu, Marsa getməməli olduğunuzu göstərir".