ABŞ Ukraynaya 150 ​​km mənzilli raket göndərəcək

4 Fevral 2023 14:53 (UTC+04:00)

ABŞ-ın dünən Ukraynaya açıqladığı 2,2 milyard dollarlıq hərbi yardım paketinə 150 ​​kilometr uzaqlıqdakı hədəfləri vuran uzaqmənzilli raketlər də daxildir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Pentaqon öz bəyanatında ABŞ-ın 2014-cü ildən bəri təhlükəsizlik sahəsində ümumilikdə 32 milyard dollarlıq yardım göstərdiyini vurğulayıb. Almaniya dünən "Leopard 1" tankları ilə yanaşı "Leopard 2" tankları da göndərəcəyini açıqlayıb. Pentaqon mətbuat katibi Briqada generalı Pat Rayder dünənki brifinqdə Ukraynaya 2,2 milyard dollarlıq hərbi yardım paketinin təsdiqləndiyini deyib.

Paketə 150 ​​kilometr uzaqlıqdakı hədəfləri vuran uzun mənzilli “yerdən atılan kiçik diametrli bombalar” olduğu qeyd edilib.