“Qarabağ"ın futbolçusu cəzalı duruma düşüb

4 Fevral 2023 14:32 (UTC+04:00)

“Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə cəzalı duruma düşüb. SİA xəbər verir ki, buna 26 yaşlı müdafiəçinin "Kəpəz"ə qarşı keçirdikləri XXI tur oyununda sarı vərəqə alması səbəb olub.

Mövsümdə 4-cü dəfə belə halla üzləşən Mustafazadə XXII turda "Sabah"la matçı buraxacaq.

Qeyd edək ki, "Kəpəz" - "Qarabağ" qarşılaşmasında hələlik hesab açılmayıb.