“Azəriqaz” “Açıq mikrofon” aksiyaları keçirəcək

4 Fevral 2023 13:54 (UTC+04:00)

Gələn həftə daha bir şəhərdə və üç rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək. SİA xəbər verir ki, aksiya fevralın 6-da saat 11:00-dan 12:00-dək Zərdab rayonunda (Heydər Əliyev Parkı), ertəsi gün saat 11:00-dan 12:00-dək Tərtər rayonunda (Mədəniyyət Mərkəzinin qarşısı) keçiriləcək. Fevralın 8-də saat 13:00-dan 14:00-dək Yevlax şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı), iki gün sonra saat 11:00-dan 12:00-dək Ağcabədi rayonunda (Qarabağ Muğam Evinin qarşısı) vətəndaşların müraciətləri dinləniləcək.
Vətəndaşlar həmin ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.