ABŞ-da neft qazma qurğularının sayı 10 ədəd azalıb

4 Fevral 2023 13:31 (UTC+04:00)

Bu həftə ABŞ-da neft qazma qurğularının sayı 10 ədəd azalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, neft sahəsi xidmətləri şirkəti Baker Hughes tərəfindən açıqlanan həftəlik məlumatlara görə, 28 Yanvar-3 Fevral həftəsində ölkədəki neft qazma qurğularının sayı bir əvvəlki həftə ilə müqayisədə 10 ədəd azalaraq 599 ədəd olub.

Son bir ildə ABŞ-da neft qazma qurğularının sayı 102 ədəd artıb.

Cümə axşamı 82,17 dollarla bağlanan Brent markalı neftin bir barelinin qiyməti cümə günü 79,73 dollarla başa çatıb.

Qərbi Texas markalı xam neftin barel qiyməti cümə günü 73,20 dollar səviyyəsində olub. Cümə axşamı VTİ tipli xam neftin bir barreli 75,97 dollara çatıb.