Xocalıda avtomobil aşıb

4 Fevral 2023 12:42 (UTC+04:00)

Xocalıda avtomobil aşıb, xəsarət alanlar var. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

O deyib ki, Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Araşdırmalar zamanı məlum olub ki, "Gədəbəy Sular" MMC-də sürücü işləyən, Bərdə rayon sakini Mahir Sadıqovun idarə etdiyi " Hyundai" markalı yük avtomobili idarə etməni itirərək yol kənarındakı dərəyə aşmış, nəticədə sərnişin, həmin MMC-də satış müdiri işləyən, Bərdə rayon sakini Hüseyn Məmişov müxtəlif bədən xəsarətləri alıb.

Yaralıya ilkin tibbi yardım göstərilib və Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirib. Fakla bağlı araşdırma aparılır