Ağstafa Rayon Polis Şöbəsində yeni təyinat olub

4 Fevral 2023 11:52 (UTC+04:00)

Ağstafa Rayon Polis Şöbəsində (RPŞ) yeni təyinat olub. SİA xəbər verir ki, bunun bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Mövsümlü Ömər Habil oğlu şöbənin baş əməliyyat müvəkkili təyin olunub.

Qeyd edək ki, Ö.Mövsümlü bu təyinatadək Şəmkir RPŞ-nin əməliyyatçısı vəzifəsində çalışıb.