Qanunsuz tikintinin qarşısı alındı - FOTOLAR

4 Fevral 2023 11:14 (UTC+04:00)

Gəncə şəhəri, Heydər Əliyev prospekti, 64 ünvanında anbar binasının inşası zamanı aidiyyəti qurumlar tərəfindən təsdiq edilmiş layihədən kənara çıxılmaqla qeyri-qanuni tikinti işlərinin aparılması faktı aşkar edilib. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində layihədənkənar aparılan qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt nəzarətə götürülüb.