Azərbaycanın üç cüdoçusu mübarizəyə başlayır

4 Fevral 2023 09:25 (UTC+04:00)

Azərbaycanın üç cüdoçusu bu gün Fransanın paytaxtı Parisdə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq. SİA xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/16 final mərhələsində Matteus Takaki (Braziliya) - Petros Çristodoulides (Kipr) cütünün qalibi ilə üz-üzə gələcək.

66 kq-dakı Yaşar Nəcəfov eyni raundda An Cehonq (Cənubi Koreya) - Cerard Kadet (Haiti) duelinin güclüsü ilə qarşılaşacaq.

73 kq-dakı Nurlan Osmanov 1/32 finalda İdo Levinlə (İsrail) münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.