"Sabah"dan Argentinaya transfer oldu

4 Fevral 2023 09:08 (UTC+04:00)

"Sabah" və "Zirə"nin sabiq futbolçusu Xulio Rodrigesin yeni klubu bəlli olub. SİA xəbər verir ki, 33 yaşlı hücumçu karyerasını Argentinada davam etdirəcək. Paraqvaylı forvard "Gilyermo Braun"la anlaşıb.

Qeyd edək ki, 2019-cu ildə "Zirə"nin formasını geyinən Xulio Rodriges, 2020 - 2022-ci illərdə "Sabah"ın uğurları üçün çalışıb.