26 yaşlı qadını avtomobil vurub

4 Fevral 2023 09:06 (UTC+04:00)

Bakının Sabunçu rayonunda 26 yaşlı qadını avtomobil vuruv. SİA xəbər verir ki, 1997-ci il təvəllüdlü Allahverdiyeva Züleyxa Oleq qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.