Kanada Rusiyaya qarşı sanksiyalar siyahısını daha genişləndirib

4 Fevral 2023 04:17 (UTC+04:00)

Kanada Rusiyaya qarşı sanksiyalar siyahısını daha 38 adla genişləndirib. Yeni siyahıya “Rusiya təbliğatı ilə” əlaqəli 16 hüquqi şəxs də əlavə edib. SİA-nın məlumatına görə, bu barədə cümə günü Kanada Xarici İşlər Nazirliyinin saytında müvafiq sənəd yerləşdirilib.

Siyahıya aparıcı Rusiya telekanallarının aparıcıları, müharibə müxbirləri, redaktorları, jurnalistlər və sənət adamları daxildir.