Hadisə ilə bağlı yeni iddialar ortaya çıxdı

4 Fevral 2023 04:45 (UTC+04:00)

Türkiyəli məşhur müğənni Hadisə ilə "Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardinin sevgili olduğu iddia edilib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Hadisə yaxınlarına İkardini çox bəyəndiyini söyləyib.

Onun yaxınları Hadisənin İkardi ilə görüşmək üçün "Qalatasaray"ın matçlarına getdiyi də bildiriblər.

Qeyd edək ki, Hadisə bir neçə ay öncə iş adamı Mehmet Dinçerler ilə boşanıb.