Bu ölkələr Kiyevə yeni raketlər göndərəcək

4 Fevral 2023 02:08 (UTC+04:00)

Fransa və İtaliya Ukraynaya SAMP/T zenit-raket kompleksləri tədarük edəcək. SİA xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, raket kompleksləri mülki əhalini və infrastrukturu Rusiyanın hücumlarından qoruyacaq.

Hava hücumundan müdafiə sistemlərinin yazda Kiyevə çatdırılacağı deyilir.