Bu il Azərbaycan Türkiyəyə 10 milyard kubmetr qaz ixrac edəcək- Pərviz Şahbazov

3 Fevral 2023 17:23 (UTC+04:00)

2023-cü ildə Azərbaycandan Türkiyəyə 10 milyard kubmetr təbii qazın ixracı proqnozlaşdırılır.

SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında yazıb.

“Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməz ilə qaz, elektrik enerjisinin ixracı və tranziti kimi birgə enerji əməkdaşlığının gündəliyində olan məsələləri müzakirə etdik”, - deyə nazir bildirib.