Enerji diplomatiyası dünya nizamının tənzimlənməsinə töhfə verə bilər ŞƏRH

3 Fevral 2023 17:06 (UTC+04:00)

Rusiyanın Ukraynaya hərbi təcavüzü, İranın sivil dünyadan özünü təcrid edib terrorçuluğa dəstək verməsi və sair münaqişə yaradacaq faktorlar dünya nizamını fəlakətli istiqamətə sürükləyir.

Bu kəskinləşən münasibətlərin mülayimləşməsi üçün beynəlxalq hüququn gücü yetərli deyil. Zorakı yollarla, beynəlxalq hüququ tapdalamaqla təhlükəsizliyi təmin etmək, dövlətlərlərarası münasibətləri tənzimləmək mümkünsüzdür. Zorakı yollara əl atan, böyük bir regiona ağalıq etmək istəyən Rusiya həm öz xalqına, həm də ukraynalılara fəlakət gətirib. Təbii ki, Rusiya işğalına gec-tez son qoyulacaq. Amma Rusiyanın bu işğal müharibəsi ukraynalıların yaddaşında bir ləkə kimi qalacaq. Bəs, hazırkı məqamda Rusiya istisna olmaqla dövlətlərarası münasibətlərin tənzimlənməsi üçün hansı variant məqbul ola bilər? Mənim qənaətimcə, enerji diplomatiyası dünya nizamının tənzimlənməsinə, regionda və beynəlxalq aləmdə siyasi, iqtisadi mümanasibətlərin cilalanmasına təkan verə bilər. Azərbaycan bu prosesə öz töhfəsi verməklə enerji diplomatiyasında yeni platforma yaradır. Məhz Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən və Yaşıl Enerji Məşvərət Şurasının toplantısı da bu missiyanın hədəflərinə hesablanıb. Düşünmək olar ki, enerji diplomatiyası dövlətlərarası münasibətlərin tənzimlənməsinə təkan verməklə bərabər konflikt yaradan situasiyaların aradan qaldırılmasında yardımçı ola bilər.

Əkrəm Bəydəmirli