"Bir az dürüstlük gözləyirik" - Çavuşoğlu

3 Fevral 2023 14:55 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyədə 9 səfirlik və konsulluğun bağlanması ilə bağlı açıqlama verib. SİA xəbər verir ki, Çavuşoğlu "Biz əslində bunun məqsədli olduğunu düşünürük. Biz səfirləri çağırıb tam olaraq bunu dedik”, - deyə qeyd edib.

Bu ölkələrin təhlükədən danışdıqlarını ifadə edən Çavuşoğlu, "Əgər müttəfiqiksə bu təhlükənin kimdən gəldiyini bizə deməli deyillərmi? Bu ölkələrdən bu istiqamətdə heç bir məlumat paylaşımı edilməyib", - bildirib.

Çavuşoğlu sözlərini belə davam edib: "Əgər seçki öncəsi bizi çətin vəziyyətə salmağa çalışırlarsa xalqımız bunun arxasında nə olduğunu bilir. Bir az dürüstlük gözləyirik. Bu ölkələrdən terror təşkilatlarının məkrli gündəminə etibar etməmələrini istəyirik".

Qeyd edək ki, Türkiyədə konsulluqlarını bağlayan ölkələrin də daxil olduğu 9 ölkənin səfirləri dünən Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.