Dünyanın ən yaşlı iti "Ginnesin Rekordlar" kitabına düşüb

3 Fevral 2023 14:06 (UTC+04:00)

Böyük Britaniyada baş tutan və dünyada müxtəlif rekordlar qeydə alan "Ginnesin Rekordlar" kitabı dünən dünyanın ən yaşlı itinin adını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Portuqaliyalı Bobinin fevralın 1-dən etibarən düz 30 yaşı olduğu və "yaşayan ən yaşlı" it adını aldığı bildirilib.