Ötən gün yol qəzalarında 8 nəfər ölüb

3 Fevral 2023 10:07 (UTC+04:00)

Ötən gün, fevralın 2-də avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yol qəzaları nəticəsində 8 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.