Rusiya daha 840 hərbçisini itirib

3 Fevral 2023 10:24 (UTC+04:00)

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 840 hərbçisini itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 129 870 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 4 tank, 6 zirehli döyüş maşını, 3 artilleriya sistemi, 1 təyyarə Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.